Xəbər lenti

Xalq artisti dünyasını dəyişdi (FOTO)
Sənət06:23 01.04.2022

Xalq artisti dünyasını dəyişdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Zülfüqar Abbasov dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, Zülfüqar Abbasov Mingəçevir Dövlət Dram Teatrının Baş rejissoru olub.
Qeyd edək ki, 1968-ci ildən (fasilələrlə) M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrının rejissorudur (1992-ci ildən həmçinin direktoru, 1999-cu ildən baş rejissor). "Hacı Qara” (M.F. Axundzadə), "Eşq və intiqam” (S.S. Axundov), "Müfəttiş”, "Evlənmə” (N.Qoqol), "Əliqulu evlənir” (S.Rəhman), "Cavanşir”, "Şeyx Şamil” (M.Hüseyn), "Mahnı dağlarda qaldı”, "Sevgililərin cəhənnəmdə vüsalı” (İ.Əfəndiyev), "Şeytan nəsli” (H.Muxtarov), "Dar ağacı” (B.Vahabzadə), "Ölülər” (C.Məmmədquluzadə), "Almaz”, "Solğun çiçəklər” (C.Cabbarlı), "Vaqif” (S.Vurğun), "Ayrılmaq anı” (M.Baycıyev) və s. əsərləri tamaşaya qoyub, aktyor kimi də çıxış edib.
Bahar