Xəbər lenti

Ekonomiks 13:44 23.05.2024

"2024-cü ilin dövlət büdcəsi haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisə daxil oldu

"2024-cü ilin dövlət büdcəsi haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisə daxil olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Layihə gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, 2024-cü ilin dövlət büdcəsi 2 milyard 590 milyon manat və ya ÜDM-in 2,2 % səviyyəsində kəsirlə təsdiqlənib. Dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri – 36 milyard 763 milyon manat səviyyəsində proqnozlaşdırılır.

Azərbaycanın 2024-cü il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarına bərabər götürülüb.
Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 milyard 234,3 milyon manat, xərcləri isə 8 milyard 412,6 milyon manat təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,4 % və 28,1 % çoxdur.

Son nəticədə büdcədə 821,7 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 52,3 % və yaxud 2,1 dəfə azdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->