Dünya 19:28 23.12.2022

2025-dən sonra Tatarıstanda “prezident” olmayacaq - “Rəis” gəlir

Tatarıstanın Dövlət Tikinti Komitəsi plenar iclasda regionun ən yüksək vəzifəli şəxsini "rəhbər” və "rəis” adlandıracaq qanun layihəsinə baxmağı təklif edib. 

Qaynarinfo bu barədə "İnterfaks”a istinadla xəbər verir.

Tatarıstan Rusiyanın yeganə regionudur ki, orada prezident postu saxlanılıb. 2021-ci ilin dekabrında Duma ölkədə vahid dövlət hakimiyyəti sistemi haqqında qanun qəbul edib və bu qanuna əsasən, regionların rəhbərlərinin prezident adlandırılması qadağan edilib. Regionlardan 2023-cü ilə qədər qanunvericiliklərinə müvafiq düzəlişlər etmələri tələb olunur.

Tatarıstan Dövlət Şurasının Dövlət Quruculuğu və Yerli Özünüidarəetmə Komitəsinin sədri Albert Həbibullin bildirib ki, qanun layihəsində Tatarıstan Konstitusiyasının 2-ci fəslinin başlığına və 89-cu maddəsinə dəyişiklik təklif edilir. Tatarıstanın ən yüksək vəzifəli şəxsi vəzifəsi "Tatarıstan Respublikasının rəhbəri” olacaq. "Tam adla yanaşı, qısaldılmış variantdan da istifadə etmək olar: Tatarıstan Respublikasının rəisi", - Həbibullin bildirib.

Onun sözlərinə görə, Tatarıstanın hazırkı rəhbəri Rüstəm Minnixanov "prezident seçildiyi üçün” prezident olaraq qalacaq və 2025-ci ilə planlaşdırılan növbəti seçkinin qalibi yeni titulu daşıyacaq.
 
Alpər