Xəbər lenti

23 yaşlı futbolçudan maraqlı qərar: Karyerasını bitirib zibil biznesinə başladı
İdman 15:35 01.07.2023

23 yaşlı futbolçudan maraqlı qərar: Karyerasını bitirib zibil biznesinə başladı

Şotlandiyalı futbolçu Aleksander Esdeyl maraqlı addım atıb.

Qaynarinfo-nun məlumatına görə, futboldan sıxılan Eseyl sensasiyalı bir şəkildə futbolçu karyerasını bitirərək atasının peşəsinə qayıtmağı seçib. "The Sun”da yer alan xəbərə görə, şotlandiyalı oyunçu artıq 10 aydır ki, zibilxanada işləyir və kifayət qədər xoşbəxt görünür. Son olaraq Şotlandiya klubu "Morton"da çıxış edən hücumçu butslarını polad burunlu ayaqqabı ilə əvəzləyib.

O, gündə bir neçə məşqdən həzz almaq əvəzinə, səhər tezdən durur və gecəyə kimi dəmir qırıntılarını çeşidləyir. Esdeyl futbolu buraxıb zibilxanaya qayıtmaq haqda sualı cavablandırıarkən bunları deyib: 

"Mən çox xoşbəxtəm. Hər gün həqiqətən əylənirəm. Futbol kifayət qədər yaxşı gəlir verir. Həyat tərzi də yaxşıdır. Səhər məşq, günortadan sonra isə dincəlmək və istədiyini etmək üçün icazə alırsınız. Təxminən 10 il futbolçu kimi fəaliyyət göstərdim. 15 və ya 16 yaşımda tam peşəkar şəkildə futbol oynamağa başladım. Amma sonra bu barədə düşündüm və futbolda bacardığımı etdiyimə əmin oldum. "Bəlkə bir gün zibil biznesinə girib atamla əmimin başladığı işi davam etdirə bilərəm" deyə düşündüm və etdim. Mən bu işdən çox zövq alıram”.
 

 
 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->