
İndoneziyalı cütlük toy mərasimlərini məşhur "Game of Thrones" serialı və "The Lord of the Rings" filminə uyğun dizayn edərək hamının təəccüb və marağına səbəb olub.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, adı çəkilən film və serialların pərəstişkarı olan 28 yaşlı Texaza Panji Riavan və həyat yoldaşı Sista Mauli Vulandari toy üçün təxminən 25 min AZN xərcləyib.
Toy mərasiminə dəvət edilən 600 nəfər filmlərin obrazları kimi geyindirilib.
Gəlin "The Lord of the Rings" filmindən Elf, bəy isə "Game of Thrones" serialından kral Cofrey Barateon olub.









Gülşən
Qaynarinfo.Az