Xəbər lenti

25 yaşlı qadın 2 uşağının gözləri önündə... - Azərbaycanda qandonduran olay
Ölkə12:50 13.08.2016

25 yaşlı qadın 2 uşağının gözləri önündə... - Azərbaycanda qandonduran olay

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ucar rayonunda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Qaracallı kəndində qeydə alınıb. 
Kənd sakini, iki uşaq anası olan Gülnar Nurəddin qızı Qasımova özünü yaşadığı evin artırmasından asaraq intihar edib.
Ucar rayon polis şöbəsindən lent.az-a verilən məlumata görə, özünü asan iki uşaq anası, 1991-ci il təvəllüdlü Gülümnar Qasımova iki azyaşlı uşağı birgə yaşayırmış. Onun həyat yoldaşının uzun müddətdir Rusiya Federasiyasında işlədiyi bildirilir. 
Şöbədən verilən məlumatda o da qeyd edilib ki, 25 yaşlı qadın evin həyətində, iki azyaşlı uşağının gözlərinin önündə özünü asaraq intihar edib. Gənc qadının intiharına nəyin səbəb olduğu isə hələ ki bilinmir. 
Qaynarinfo.Az