Xəbər lenti

27 yaşlı gəncdən ŞOK ETİRAF: "Bacımı 4 il əvvəl mən öldürmüşəm"
Ölkə06:47 04.01.2017

27 yaşlı gəncdən ŞOK ETİRAF: "Bacımı 4 il əvvəl mən öldürmüşəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lənkəran rayonunda 4 il əvvəl itkin düşən bacının qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub.
"Report"un Cənub bürosunun xəbərinə görə, hadisə rayonun Nərimanabad 1 qəsəbəsində baş verib. 
Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Ağayev Fuad Polad oğlu itkin düşən bacısı Təranə Ağayevanın öldürülməsində şübhəli şəxs qismində saxlanılıb.
F.Ağayev hüquq-mühafizə orqanlarına ifadəsində bacısı 1988-ci il təvəllüdlü T.Ağayevanı ailə münaqişəsi zəminində öldürdüyünü və meyidi Nərimanabad 1 qəsəbəsində yaşayış yeri olmayan ərazidə basdırdığını etiraf edib. 
Yanvarın 4-də Lənkəran Rayon Prokurorluğunun əməkdaşlarının iştirakı ilə T.Ağayevanın meyidi basdırıldığı yerdən ekskumasiya olunacaq və ekspertizaya göndəriləcək.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
Qaynarinfo.Az