Xəbər lenti

3 ayda 22 hərbiçi itirmişik (HESABAT)
Ölkə06:00 02.04.2013

3 ayda 22 hərbiçi itirmişik (HESABAT)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ilin birinci rübündə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 22 nəfər təşkil edib. Ötən müddətdə 20 nəfər yaralanıb (və ya xəsarət alıb). Müvafiq dövrdə dünyalarını dəyişənlərin 4-ü  döyüş (4 nəfər erməni gülləsi), 18-i isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi liseyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

3 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma), 2 nəfər avtoqəzadan,  3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan,  1 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər xəstəlikdən dünyasını dəyişib.  3 nəfər intihar edib. Dünyasını dəyişənlərin 18-si Müdafiə Nazirliyinin, 1-i  Dövlət Sərhəd Xidmətinin, 1-i Daxili Qoşunların, 1-i Xüsusi Dövlət Baş Mühafizə İdarəsinin (XDBMI), 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (20 nəfər) onların 4-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) , 3-ü mülki şəxslərlə davadan, 4-ü erməni gülləsindən, 1 nəfər mina partlayışından, 2-si bədbəxt hadisədən (liftin şaxtasına yıxılma), 6-si isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 17 nəfər Müdafiə Nazirliyinin 3 isə nəfər Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Qaynar.info