Xəbər lenti

3 aydır təqaüd verilməyən universitetlərin SİYAHISI
Ekonomiks11:59 13.03.2017

3 aydır təqaüd verilməyən universitetlərin SİYAHISI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda 3 aydır ki, universitet tələbələrinə təqaüd verilmir. Bu barədə cebhe.info-ya təhsil məsələləri üzrə ekspert Kamran Əsədov məlumat verib. 
Onun sözlərinə görə, 2017-ci il başlayandan tələbələr təqaüd üzünə həsrətdirlər: "Artıq 3 aydır ki, bir çox universitet tələbələri təqaüd üzü görmürlər. Səbəb Maliyyə Nazirliyinin hesaba pul köçürməməsidir. Buna görə tələbələrin təqaüdləri geçikdirilir”. 
Ekspert qeyd edib ki, təqaüd aşağıdakı universitetlərdə verilmir: 
* Azərbaycan Turizm və Menecment Universiteti
* Xəzər Universiteti
* Azərbaycan Dövlət Dəniz Akademiyası 
* Azərbaycan Dillər Universiteti 
* Dövlət İdarəçilik Akademiyası 
* Bakı Slavyan Universiteti 
* Rəssamlıq Akademiyası 
* Mədəniyyət və İncəsənət Universiteti 
* Bakı Musiqi Akademiyası 
* Sumqayıt Dövlət Universiteti 
* Bakı Mühəndislik Universiteti 
* Lənkəran Dövlət Universiteti.
Məsələ ilə bağlı Maliyyə Nazirliyi ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb. 
Qaynar.Az