
2016-ci ilin ilk 3 ayı ərzində Azərbaycanda qeydə alınan heyvan dişləmələrinin sayı açıqlanıb.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva APA-ya açıqlamasında deyib ki, bu il ölkədə 3136 heyvan dişləməsi baş verib. Onlardan 2807-si it, 192-si pişik, 96-sı siçovul, 41-i isə başqa heyvanlardır.
E.Əliyeva qeyd edib ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə heyvan dişləmələrinin sayı azalıb. 2015-ci ilin ilk 3 ayında 3272 nəfəri heyvan dişləyib. Onlardan 2902-si it, 203-ü pişik, 114-ü siçovul, 53-ü isə digər heyvanlardır.
Heyvan dişləmələri əsasən Azərbaycanın Şəmkir, Sabirabad və Qəbələ rayonlarında qeydə alınıb.
Qaynarinfo.az