Lerik rayon İcra Hakimiyyətindən 3 şəhid, 4 qazi, 10 döyüşçünün təhsil aldığı məktəblə bağlı tənqidi fikirlərə münasibət bildirilib.
İcra Hakimiyyəti başçısının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müavini Habil Məlikov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu il Lerik rayonunun Dico kəndində yeni orta məktəbin tikintisi planlaşdırılıb:
"Orada cəmi 33 ev var. Meşənin işindədir. 3 nəfər şagird təhil alır. Həmin məktəb çox köhnədir. İbtidai məktəbdir. 2022-ci il üçün dövlət proqramında həmin məktəbin tikintisi nəzərdə tutulub. Təhsil Nazirliyinin məlumatına görə, bu il orada modul tipli bir məktəb inşa olunacaq”.
Habil Məlikov onu da bildirib ki, rayonda 106 məktəb var:
"106 məktəbin 90-dan çoxu yenidən inşa olunub. Yerdə qalanlar da təmir edilib”.
Bahar Rüstəmli