Siyasət 16:20 09.11.2022

"30 illik həsrətə İlham Əliyevin başçılığı ilə qəhrəman orudumuz tərəfindən son qoyuldu" - Səyyad Aran

"İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm qələbəsilə başa çatdı. Bununla da Prezident, Ali Baş Komandan İlham Əliyev dövlətçiliyimizin ən şərəfli səhifələrindən birini yazdı". 

Bunu Qaynarinfo-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran deyib. Sədr müavini bildirib ki, Azərbaycan xalqının 30 illik həsrətinə İlham Əliyevin başçılığı ilə qəhrəman orudumuz tərəfindən son qoyuldu: 



"Ordumuz 44 gün ərzində işğal altında olan rayonlarımızın böyük bir qismini, Qarabağın ürəyi olan Şuşanı azad etdi. Azərbaycan öz qələbəsi ilə həm də Ermənistanı məğlubiyyət aktına imza atmağa məcbur etdi. Ermənistanın kapitulyasiyasının təsdiqi olan bəyanata əsasən Kəlbəcər, Ağdam, Laçın rayonlarından işğalçı qüvvələrin qalıqları çıxarıldı. Bu qələbə İlham Əliyevin düşünülmüş siyasəti, ordumuzun gücü hesabına qazanıldı. Azərbaycanın zəfəri hələ uzun illər müzakirə olunacaq. İllər, onilliklər, hətta yüzillər ötsə belə, bu tarixi qələbəmizdən danışılacaq".

Əhməd