30 kiloqram arıqlayan müğənni Fatih Ürek qarderobunu yeniləməli olub.
Yeni geyimlər isə ifaçıya baha başa gəlib. Köhnə paltarlarından istifadə edə bilməyən Fatih yeniləri üçün 200 min lirə (təxminən 100 min manat) pul xərcləyib.
Sənətçi “Bahalı paltarlar almıram. Atam ödədiyindən qiymətini o qədər də hiss etmirəm, amma pulunu hesablayanda rəqəmlər dəhşətdir. 40-50 şalvarım var idi ki, atmağa əlim gəlmədi, dərzidə ölçüsünü kiçiltdim” deyib.
F.Ürek istifadə etmədiyi qalan paltarlarını isə xeyriyyə fondlarından birinə bağışladığını bildirib. (axşam.az)
Qaynar.info