Xəbər lenti

300 dənizçimiz Vətən müharibəsində
Ölkə05:44 19.11.2021

300 dənizçimiz Vətən müharibəsində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış şair-publisist, "Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəylinin yeni kitabı belə adlanır. Kitab "Elm və Təhsil” nəşriyyatında işıq üzü görüb. 
Bu haqda Qaynarinfo-ya müəllif özü məlumat verib. Bildirib ki, 320 səhifəlik kitab DSD İB-nin lahiyəsi olaraq 2000 tirajla dərc olunub. Kitabın redaktoru Hüseyn Sözlü, tərtibatçısı Fərrux Həmidlidir.
Kitabda 300 nəfərə yaxın I və II Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsi və işğaldan azad edilməsində misilsiz qəhrəmanlıq göstərərək şəhid və qazi olan Azərbaycan dənizçisinin və dənizçi övladlarının döyüş yolundan bəhs olunur.