Xəbər lenti

300 min borca düşən "Buta Elektroniks"in direktoru işdən çıxarıldı
Ekonomiks17:59 19.01.2026

300 min borca düşən "Buta Elektroniks"in direktoru işdən çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Külli miqdarda vergi borcu ilə üzləşən "Buta Elektroniks” MMC-nin qanuni təmsilçisi Ramil Əliyev vəzifəsindən azad olunub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.
Digər qərarla şirkətə Anar Əsədullayev yeni qanuni təmsilçi təyin edilib.
Qeyd edək ki, "Buta Elektroniks” MMC 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin uzun müddətdir dövlət qarşısında yığılmış vergi borcu mövcuddur. Hazırda isə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə yüksək məbləğdə - 291 646.74 manat vergi borcu vardır.