Xəbər lenti

31 mart Azərbaycanlıların soyqırımı qurbanları yad olunacaqlar
Sənət11:03 29.03.2016

31 mart Azərbaycanlıların soyqırımı qurbanları yad olunacaqlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

31 mart Azərbaycanlıların soyqırımı qurbanları yad olunacaqlar...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov soyqırım haqqında fikirlərini bölüşəcək. 

Daha sonra gənc yazar Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” tamaşası nümayiş etdiriləcək. Səhnə əsərinin quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.

Yeni səhnə əsərində əsas obrazları Əməkdar Artist Gülər Nəbiyeva, aktyorlar  Roza İbadova, Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Vüsal Mehrəliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcəklər. 

Qaynar.info