Xəbər lenti

33 ildən sonra gələn şəhid meyiti
Ölkə08:15 01.05.2017

33 ildən sonra gələn şəhid meyiti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İran-İraq müharibəsi zamanı itkin düşən həmədanlı şəhidin meyiti 31 il sonra tapılıb.

"Qaynar" axar.az-a istinadla xəbər verir ki, 1986-cı ildə Sumar bölgəsində keçirilən əməliyyatlar zamanı həlak olan azərbaycanlı Möhsün Rüstəminin meyiti tapılaraq ailəsinə təhvil verilib.

İran İtkin düşmüş əsgərlərin axtarış Komitəsindən verilən məlumata görə, Möhsün Rüstəmi Kərbəla-6 əməliyyatında şəhid olub.

Komitənin əməkdaşlarının tapılan meyitin üzərində aparılan araşdırmalar nəticəsində onun Rüstəmiyə aid olduğu üzə çıxıb.

Şəhidin dəfn mərasimi hərbi və rəsmi qurumların nümayəndələrinin iştirakı ilə mayın 3-də keçiriləcək.

Şəhidin iki övladı var.

Qaynar.Az