Xəbər lenti

35 rusiyalı diplomatın ABŞ-dan çıxarılmasının arxasında nə gizlənir? - Açıqlama
Siyasət09:57 30.12.2016

35 rusiyalı diplomatın ABŞ-dan çıxarılmasının arxasında nə gizlənir? - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün ABŞ hökuməti 35 rusiyalı diplomatı ölkədən çıxarmağa qərar verib.

RF vətəndaşları Vaşinqton və San-Fransiskodan 72 saat ərzində çıxaralacaqlar. Məlumata görə, onlar diplomatik fəaliyyətin qaydalarını pozmaqda ittiham olunurlar. Bundan başqa, ABŞ hökuməti Rusiyanın Merilənd və Nyu-Yorkdakı diplomatik nümayəndəliklərini bağlamağı qərara alıb. ABŞ rəhbərliyi qeyd olunan diplomatik nümayəndəliklərin kəşfiyyat məqsədləri üçün istifadə edildiyini iddia edir. Həmçinin qeyd olunur ki, ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə dair fərman imzalayıb.

Obama administrasiyasının hakimiyyətdəki son günlərində Rusiyaya qarşı sərt addımlar atmasının arxasında nə durur? ReAl-ın İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, bunun səbəbi yeni administrasiya Rusiya ilə istədiyi kimi yaxın münasibətlər qurmasına mane olmaqdır:

"Bu hadisə niyə baş verdi? Çünki Rusiyada ABŞ səfirliyi qarşısında müəyyən aksiyalar oldu. Buna cavab olaraq, ABŞ bu addımı atdı. Amma əsas məsələ ondan ibarətdir ki, Tramp  20 yanvar tarixində and içəcək və öz səlahiyyətlərinə başlayacaq. Bununla da, yeni administrasiya formalaşacaq. Obamanın da son bir ay ərzində Rusiyaya qarşı sanksiyaların gücləndirməsi, yeni sanksiyaların qəbul edilməsi, "Qlobal Maqnitski qanunu"n imzalanması, o cümlədən də Rusiya ilə diplomatik əlaqələrin gərginləşməsinə qərar verdi. Səbəb bu idi ki, yeni administrasiya Rusiya ilə istədiyi kimi yaxın münasibətlər qura bilməsin. Bu gedişləri, addımları ona görə atdı ki, Tramp administrasiyası seçki kampaniyası dönəmində elan etdiyi kimi Rusiya ilə yaxın münasibətləri qurmaq, soyuq savaşa son qoymaq istəyi mümkün olmasın. Tramp administrasiyası iş başına gəldikdən sonra əgər həqiqətən də Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəsə, müəyyən dövrə ehtiyac olacaq ki, Rusiyaya qarşı sanksiyaları aradan qaldırsın".

Politoloq qeyd etdi ki, Trampın Rusiya ilə yaxınlaşması Konqresdən asılıdır: 

"Məlum məsələdir ki, Tramp bunları təkbaşına edə bilməyəcək. Çünki ABŞ-da bunun üçün Konqresin icazəsi lazım gələcək. Konqres Tramp administrasiyasına bu məsələdə güzəştə gedəcəkmi? Bu məsələ özü də sual altındadır. Qlobal olaraq, 2017-ci ilin ən önəmli gözləntilərindən biri də budur". 

Pərvin Zeynal

Qaynarinfo.Az