Xəbər lenti

4 günlük əkiz qızlar öldürüldü - Azərbaycanda
Ölkə08:41 19.04.2015

4 günlük əkiz qızlar öldürüldü - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Respublika Perinatal Mərkəzində yeni dünyaya gəlmiş dörd günlük əkizlərdən birinin həkim səhlənkarlığı üzündən ölməsi barədə məlumat vermişdik. Əkizlərdən daha sağlam olan digər körpə də dünən ölüb.
Axar.az-a bu barədə körpələrin atası Araz Hüseynov özü məlumat verib. Belə ki, aprel ayının 13-də təbii doğuşla olduqca sağlam dünyaya gələn əkiz körpələrin ikisi də xəstəxanada ölüb.
Doğumlarından 4 gün ərzində olduqca normal olan körpələrdən biri göyərdiyi üçün öldüyü bildirilib. Lakin körpənin göyərmə səbəbilə bağlı valideynlərə bir söz deyilməyib. Həmçinin, ana göyərdiyi deyilən körpəni görmək istəsə də, onu palataya buraxmayıblar.
Körpələrin atası əkizlərdən biri öldükdən sonra bununla əlaqədar saytımıza etdiyi müraciət etdiyi üçün xəstəxananın uşaq həkimi Aygün xanım tərəfindən təhdid edilmişdi. Həkim ataya bu barədə harasa şikayət edəcəyi təqdirdə digər uşağın da aqibətinin eyni olacağını demişdi. bildirmişdi. Həkim bildirmişdi ki:
“Bu barədə harasa şikayət etməzdən əvvəl nəzərə al ki, sənin digər uşağın da hələ bizim əlimizdədir”.
Atanın verdiyi məlumata görə, dünən gecə radələrində əkizlərdən nisbətən daha sağlam olanı da ölüb. Maraqlısı isə ondan ibarətdir ki, ekspertiza uşağın nəfəs çatışmazlığından öldüyünü bildirdiyi halda, həkimlər körpəyə ana südündən infeksiya keçdiyini deyiblər.
Növbəti həkim savadsızlığının və səhlənkarlığının qurbanı olan çəkiləri 1 kq 400 və 1 kq 600 olan körpələrin ölümü ilə bağlı nə sözügedən xəstəxana, nə də Səhiyyə Nazirliyi hələlik bir açıqlama verməyib. Həmçinin, həkimin valideynlərə hədə-qorxu gəlməsi ilə bağlı da nazirlikdən açıqlama almaq da mümkün olmadı.
Qeyd edək ki, ana və uşaq ölümü Respublika Perinatal Mərkəzində ilk belə hal deyil. Sözügedən xəstəxanada dəfələrlə bu cür uşaq və ana ölümü qeydə alınıb.
Qaynar.info