
Şəmkir rayonu ərazisində 4 avtomobilin toqquşması nəticəsində ağır yol qəzası baş verib.
Milli.Az Türkel TV-yə istinadən bildirir ki, hadisə Bakı-Qazax magistral yolununun Gürcüstan sərhədi yolununun 394-cü km-də Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini Cavid İsgəndərovun idarə etdiyi “Mitsubishi L-200 Pitap” markalı avtomobillə Bakı şəhər sakini Leyla Mustafazadənin idarə etdiyi “Chevrolet Avea” markalı maşınla toqquşub. Toqquşmadan sonra “Chevrolet Avea” idarəetmədən çıxaraq əks istiqamət üzrə hərəkət edən Şəmkir rayon sakini Eyyub Qəhrəmanovun idarə etdiyi maşınla və Bakı şəhər sakini Samir Qasımovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilə çırpılıb.