2025-ci ilin yanvar ayında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində ən çox gəlir əldə edən şirkətlərin adları açıqlanıb.
Valyuta.az xəbər verir ki, birinci sırada ARDNŞ-nın Marketinq və İqtisadi Əməliyyatlar idarəsi 38,7 milyon ABŞ dolları gəlir əldə edib. Bu göstərici ötən il 33 milyon ABŞ dolları idi. Bu göstərici 5,7 milyon ABŞ dollarında artımın olduğunu göstərir.
Ən çox gəlir gətirən şirkətlər arasında 2-ci yerdə 15,1 milyon ABŞ dolları ilə "SOCAR Polymer” MMC-dir. Ötən ilin eyni dövründə bu göstərici 14,5 milyon ABŞ dolları idi. Nəticə olaraq, 0,6 milyon ABŞ dolları dəyərində artım olub.
"Azəralüminium” MMC qeyri-neft sektoru üzrə 8,6 milyon dollar gəlir əldə edib. Ötən ilin eyni dövründə bu göstərici 11,2 milyon ABŞ dollar idi. Nəticədə " Azəralüminium” MMC-nin qeyri-neft sektoru üzrə gəlirləri 2,6 milyon ABŞ dollar azalıb.
"Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC bu il qeyri-neft sektoru üzrə 4,2 milyon ABŞ dolları əldə edib. Ötən ilin eyni dövründə bu göstərici 1,6 milyon ABŞ dolları təşkil edirdi. "Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC bu ilin yanvar ayında ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 milyon ABŞ dolları əlavə gəlir əldə edib.
Şərhlər