Xəbər lenti

4 yaşlı uşaq xəstəxanada öldü
Ölkə16:10 05.04.2018

4 yaşlı uşaq xəstəxanada öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tovuzda ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq orada ölüb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Çataq kənd sakini, 2014-cü il təvəllüdlü Xanım Vüsal qızı Məhərrəmova tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, sağlamlığında problemlər olan 4 yaşlı uşağa ötən axşam dərman veriblər. Bu gün səhər isə uşağın vəziyyəti pisləşməyə başlayıb.