Xəbər lenti

40-50 illik fasilədən sonra su ehtiyatları qiymətləndiriləcək
Ölkə08:00 12.10.2021

40-50 illik fasilədən sonra su ehtiyatları qiymətləndiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanda su ehtiyatlarının qiymətləndirilməsi ilə bağlı böyük layihə həyata keçiriləcək”.
Qaynarinfo xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su resurslarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Abdulhəsonov Bakıda Almaniya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən və su infrastrukturunun davamlı inkişafına həsr edilmiş "Davamlılıq Forumu 2021” tədbirində bildirib.
Onun sözlərinə görə, artıq bununla bağlı hökümətə təkliflər təqdim edilib.
"Su ehtiyatlarımiz təqribən 70-80-ci illərdə qiymətləndirilib. Tezliklə işğaldan azad edilmiş ərazilər da daxil olmaqla bütün ərazilərimizdəki su ehtiyatları qiymətləndiriləcək. Təkcə Qarabağda 2 milyard kubmetrə yaxın su ehtiyatlarımız olmalıdır. Onların səmərəli istifadə əsas məqsədlərimizdən biridir”, - deyə o, qeyd edib.