Hollandiya rəssamlığının "Qızıl dövr”nə aid rəsm əsəri tapılıb.
Qaynarinfo "The Guardian” qəzetinə istinadən xəbər verir ki, Avstraliyada bir mülkdə tapılan bu rəsm əsərinin qiyməti 5 milyon dollar qiymətləndirilir.
17-ci əsrə aid yağlı boya rəsmi zəngin süfrəni təsvir edir. Onun Gerrit Villems Hedaya aid olduğu
bildirilir.
Bəzi ekspertlər isə rəsmin rəssamın atası Claesz Heda ilə müştərək işi ola biləcəyini deyir.
Hollandiya qızıl dövrü Hollandiyanın ticarət, elm, incəsənət və hərbinin dünyada dominant olduğu 1588-1672-ci illəri əhatə edir.
Nurlan Hüseynov