Hər bir dövləti güclü edən ən başlıca faktor güclü liderdir. Güclü və iradəli lider olmadan hətta kiçik bir qurum belə qarşıya qoyulan məqsədə nail ola və yekun qalibiyyət əldə edə bilməz. Hakim millətlərlə məhkum millətləri fərqləndirən tək bir səbəb var: yetkin insan. Milləti hər mənada - həm şəxsiyyət olaraq, həm də siyasi cəhətdən yetişmiş lider, yetkin insan ucalda bilər. Azərbaycan xalqı şanslı xaldır ona görə ki, onun siyasi taleyində və ən çətin zamanında ona arxa durmağı bacaran yetkin bir sima - İlham Əliyev kimi bir tarixi şəxsiyyət vardır. İlham Əliyev çox qətiyyətli, dərin elmi və təcrübi potensiala, yetkin siyasi savada və güclü iradəyə sahib olan bir liderdir. Bu özünü 44 günlük Vətən müharibəsində daha bariz şəkildə göstərdi. Vətən müharibəsində möhtəşəm Qələbənin əldə olunmasında Prezident İham Əliyevin siyasi rolunu və şəxsiyyət olaraq xarakterini qısa tezislər şəklində bir sıra mühüm elementlərlə xarakterizə etmək olar:
Birincisi, Prezident İlham Əliyev 44 günlük müharibədə və ondan öncə xalq-dövlət birliyinə, milli inteqrasiyaya nail olmaqla Qələbəyə etibarlı zəmin yaratmış oldu. Milli vəhdəti formalaşdırdı. Xalq öz liderinə inanmaqla döyüşə atıldı. Prezident xalqın inamını qazandığı və xalq da ona dərindən inandığı üçün yekunda Qələbəni qazanmaq mümkün oldu.
İkincisi, müharibədə qələbə həm hərb meydanında, həm də informasiya cəbhəsində İlham Əliyevin şəxsində cəmləşdi və onun qətiyyət və iradəsi ilə tamamlandı. İlham Əliyev bu iki cəhbəni tam mənada öz şəxsiyyətində birləşdirdi. Hərb cəbhəsinə Ali Baş Komandanlıq etdi, informasiya savaşını isə demək olar ki, özü təkbaşına apardı. Tam əminliklə demək olar ki, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsindəki informasiya savaşı unikal formalı bir savaş idi, böyük bir məktəb idi. Bu məktəb bu gün hələ dərinliyinə qədər tam təhlil olunmayıb. Hesab edirəm ki, 44 günlük müharibədə xüsusilə informasiya müharibəsi üzrə İlham Əliyev Məktəbi müfəssəl öyrənilməlidir, ali məktəblərdə ayrıca mövzular olaraq tədris olunmalıdır. O müəllimdir, o kiçik auditoriyalardakı dərsləri böyük auditoriyalara daşımağı bacaran Böyük Müəllimdir. O elm adamıdır, o siyasi elmi praktik müstəvidə uğurla tətbiq etməyi bacaran Böyük Alimdir.
Üçüncüsü, Prezident İlham Əliyev müharibə dönəmində xalqın başa düşdüyü dildə danışdı. Çünki o, Böyük insan olduğu qədər də Sadə insandır. Hamı onun nə demək və nə etmək istədiyini daha yaxşı anlayırdı. O xalqa ruh verirdi. Müharibələri isə silahlardan daha çox yüksək əhval-ruhiyyə qazana bilərdi və bu, belə də oldu.
Dördüncü, 44 günlük müharibə dönəmində Prezident İlham Əliyevin fəaliyyəti nəinki ölkəmizdə, bütövlükdə Türk dünyasında, regionda və bütün dünyada onun necə güclü bir lider və sərkərdə olmasını ortaya qoydu və hamıya tanıtdı.
Beşincisi, 44 günlük müharibə İlham Əliyevin və Azərbaycanın mərd övladlarının timsalında ölkəmizin beynəlxalq imicinı tam dəyişdi. Regionda və qlobal miqyasda fərqli bir geosiyasi mühitin formalaşması ilə bərabər, tam fərqli bir Azərbaycan göründü. Bu Azərbaycanın müəllifi məhz İlham Əliyev idi.
Səyyad Məcidov
Hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent