Xəbər lenti

45 avtomobili qanunsuz rəsmiləşdirən gömrükçü məhkəməyə çıxarılır
Ekonomiks 18:34 11.12.2023

45 avtomobili qanunsuz rəsmiləşdirən gömrükçü məhkəməyə çıxarılır

Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin saxlanılan əməkdaşı Aslan Bayramovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış cinayət işi babaşa çatıb.

Qaynarinfo-nun məlumatına görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

İş üzrə toplanmış sübutlar əsasında Aslan Bayramov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilir. 

İşə hakim Azad Məcidovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, Aparılmış istintaq-əməliyyat tədbirlərilə Aslan Bayramovun qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 13 min 500 manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib. O, bu ilin avqust ayında sözügedən maddələrlə təqsirli bilinərək brəsində  həbs qətimkan tədbiri seçilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->