Xəbər lenti

45 yaşlı kişi yanaraq öldü - Bakıda
Ölkə06:27 08.11.2016

45 yaşlı kişi yanaraq öldü - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda 45 yaşlı kişi yanaraq ölüb.
Qaynarinfo.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 128 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 78 m2 sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 1971-ci il təvəllüdlü Hümbətov Qalib Səfər oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. 
Evin qalan hissəsi yanğından mühafizə olunub. 
Yanğın saat 7:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 
Qaynarinfo.Az