Xəbər lenti

Maqazin 22:14 25.05.2024

"5 ay əvvəl sağ idi"

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, o, mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovla bağlı paylaşım edib.

Tolik 5 ay əvvəl ARB-də, "O üz" proqramında İ.Quliyevaya həsr olunmuş buraxılışda Orxanla əlaqə saxlanılsa da onun müsahibədən imtina etməsi ilə bağlı aparıcının söylədiyi fikirləri yayımlayıb. Belə ki, həmin telekanalın "Səni axtarıram" proqramında 8 aydır itkin düşdüyü deyilən Orxanla 5 ay əvvəl əlaqə saxlamaq mümkün olub.

"5 ay əvvəl sağ idi, indi ARB-də 8 aydır itkin düşüb" deyə, paylaşımında yazıb.

Qeyd edək ki, İ.Quliyeva dünyasını dəyişdikdən sonra ögey bacıları Orxana mirasdan pay verməyib. O, eyni zamanda həyat yoldaşından ayrılıb. Orxanın bir övladı var.

İ.Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovun doğma anası Lalə "Səni axtarıram" verilişinə gələrək övladının itkin düşdüyünü söyləyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->