Xəbər lenti

5 il sonra Kreml Ermənistandan hərbi bazalarını çıxara bilər - Ekspert
Siyasət12:15 06.01.2022

5 il sonra Kreml Ermənistandan hərbi bazalarını çıxara bilər - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Əsas odur ki, Paşinyanı öldürməsin, devirməsinlər. Bu baş verməsə, Paşinyan hökumətilə Ankara və Bakı arasında hansısa bir anlaşma yarana bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin yanvarın 14-də Moskvada olacaq ilk görüşünü şərh edərkən deyib:
"Ümid edirəm ki, Azərbaycan və Türkiyə mövcud vəziyyəti düzgün qiymətləndirib, Ermənistan qarşısında heç bir ağır şərt qoymayacaq. Əsas odur ki, Ankara ilə İrəvan arasında münasibətlər normallaşsın, sərhədlər açılsın, düşmənçilik götürülsün, tərəflər arasında biznes inkişaf etsin. Belə olarsa, Bakı ilə İrəvan arasındakı münasibətlər də xeyli yaxşılaşacaq. Bundan sonra da Qarabağ münaqişəsinin tarixdə qalması üçün şərait yaranacaq. Türkiyə ilə münasibətlərin normallaşması nəticəsində əlaqələrin inkişafı fonunda maliyyə əldə olunacaq ki, bu da son olaraq Ermənistan cəmiyyətində ab-havanı dəyişəcək. Erməni cəmiyyətindəki etibarsızlıq, qorxu etibarla əvəzlənməlidir”.
Həmsöhbətimizə görə, Rusiya üçün də Ermənistanın hərbi-siyasi əhəmiyyəti itib:
"Belədə 3-5 ildən sonra ola bilsin, Moskva Ermənistandakı hərbi bazalarını oradan çıxarsın. Savaş potensialından istifadə etdik, indi də barış potensialından istifadə etməliyik. Konkret Moskva görüşünə gəldikdə, Ermənistan ilkin şərtsiz sülhə hazır olduğunu bildirib. Təbii ki, Türkiyənin də müəyyən şərtləri olacaq. Onlardan biri Mehri yolunun açılmasıdır. Ermənistan da öz yuridiksiyası çərçivəsində buna razıdır. Ora Ermənistanın yuridiksiyasında olanda Laçın yolu da Azərbaycanın yuridiksiyasında olacaq”.
Politoloq bildirir ki, görüşlə bağlı indiki mövcud şəraitdən istifadə edib, sülh üçün yaxşı zəmin hazırlamalıyıq:
"Münasibətlər normallaşandan sonra, xarici dövlət və dairələrin erməni kartından istifadə etmək imkanları da azalacaq”.
Rüfət Sultan