Supermodel Naomi Kempbell Farrell Uilyamsın debüt şousuna qatılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Naomi Kempbell debüt şousunda monoqramlı dəri kostyum geyinərək Luis Vuittonun yeni kişi geyimlərinin yaradıcı direktoru Farrel Uilyamsa dəstəyini göstərib. O, paltarı platforma çəkmələri və fransız moda evinin qırmızı çantası ilə tamamlayıb. Supermodelin imicinin diqqət çəkən məqamı saçlarındakı mavi tellər olub.
Şoudan əvvəl Kempbell yaxın dostu və qızının xaç atası Lenni Kravitzlə pozalar verib.
Model Farrell Uilyamsın ofisdəki sələfi, dizayner Virgil Ablohun yaxın dostu olub.
Luis Vuittonun yeni kişi geyimlərinin yaradıcı direktoru Farrell Uilyams öz rəhbərliyi altında ilk dəfə kolleksiyanı təqdim edib. 2024-cü ilin Yaz-Yay şousunu izləmək üçün A siyahısından bir çox ulduz, o cümlədən Beyons, Jared Leto, Naomi Kempbel, Luis Hamilton, Kim Kardaşyan və başqaları gəlib.
Alpər