Xəbər lenti

57 yaşlı əməkdar artistə elçi gəldi
Maqazin12:10 23.09.2017

57 yaşlı əməkdar artistə elçi gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əməkdar artist Nahidə Orucova son günlər 25 kiloqram çəki atması ilə gündəmə gəlib. 

"Qaynarinfo" lent.az-a istinadən xəbər verir ki, 57 yaşlı aktrisa bu dəfə şəxsi həyatından danışıb. O bildirib ki, ona elçi gəliblər:

"Həyatımda yalnız qızımı sevirəm. Qadın kimi sevdiyim bir bəy olmayıb. 25-26 ildir ki, subayam. Bu illər ərzində xeyli namizədlərim olub. Heç birinə razı olmamışam. Sonuncu dəfə dünən mənə xarici bir vətəndaş elçi gəldi. Evlilik təklifi etdi, amma mən razı olmadım. Çünki o xaricdə, mənim işim isə buradadır. Ona görə də bu evliliyə "yox" dedim".

Qaynarinfo.Az