Xəbər lenti

6 azərbaycanlı şahmatçı beynəlxalq festivalda
İdman16:48 31.01.2014

6 azərbaycanlı şahmatçı beynəlxalq festivalda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İdman  Yanvarın 30-da İranın Məşhəd şəhərində 22-ci "Fəcr Open" beynəlxalq şahmat festivalı start götürüb. 

Azərbaycan Şahmat Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, festivalda Azərbaycan, Gürcüstan, İran, Ermənistan, Əfqanıstan və digər ölkələrdən 182 şahmatçı qələbə uğrunda mübarizə aparırlar. 

Ölkəmizi bu festivalda beynəlxalq qrossmeyster Vüqar Rəsulov, beynəlxalq usta Misrətdin İsgəndərov, Qara Balacayev, Rəşad Zeynallı, Mələk İsmayıl və Fərid Əkbərov təmsil edirlər. 

Qeyd edək ki, festival İsveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilir və fevralın 5-də başa çatacaq.

Qaynar.info