Xəbər lenti

6 yaşlı qızı gürzə öldürdü
Ölkə12:44 05.07.2013

6 yaşlı qızı gürzə öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Salyan rayonunda 6 yaşlı qızı gürzə sancdı. Rayon Mərkəzi Xəstəxanasında zəhər əleyhinə zərdabın olmaması balaca qızın ölümünə səbəb oldu.

Cənub TV-nin verdiyi məlumata görə, hadisə iyulun 4-ü Salyan rayonunun Şəkərli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 6 yaşlı Gülnar Akif qızı Didarova böyük bacısı ilə birlikdə həyətdə oynayırmış. Anidən halsızlaşan balaca Gülnar həyətdəki çəlləyin yanında yerə yıxılıb.

Qızını ilanın sancmasından şübhələnən ata çəlləyin altına baxıb və orada gürzənin qıvrılaraq dayandığını görüb. Ehtimalında yanılmayan ata çəlləyin içindəki ağacla ilanın başını əzərək öldürüb. Gülnar Didarova dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bir tərəfdən xəstəxanada zəhər əleyhinə zərdabın olmaması, digər tərəfdən də təcili yardım maşınının gec gəlməsi uşağın vəziyyətini daha da gərginləşdirib.