Xəbər lenti

60 illik yubileyi olan aktyor: "Bu gün qanım qaradır"
Sənət08:28 09.09.2022

60 illik yubileyi olan aktyor: "Bu gün qanım qaradır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Təhminə və Zaur” filmindən hamının yaxşı tanıdığı və "Spartak” kimi minlərlə tamaşaçının sevimlisi olan Əməkdar artist Füzuli Hüseynovun 60 yaşı tamam olub.
Yubliyar Qaynarinfo-ya bu əziz günündə qanının qara olduğunu deyib:
"Anam xəstədir, bir az dilxoram, indi rayona onun yanına gedirəm. Bu gün doğum günümdür, 60 yaşım tamam olur. Baxıram və deyirəm ki, adam bu qədər yaşamazdı. Yaman çox yaşadıq. 60 il yaşamaq olar? Düzdür, bu yaşda subay olanlar da var”.
60 illik yubileyinin keçirilib-keçirilməyəcəyinə gəlincə, aktyor ona bununla bağlı Akademik Milli Dram Teatrından hər hansı məlumatın verilmədiyini deyir:
"Hər kəsə can sağlığı arzulayıram. Həyatda bircə arzum var, canım sağ olsun, heç kəsə möhtac olmayım”.
Bahar Rüstəmli