Xəbər lenti

66 saylı avtobusda dava - Qadınların qışqırıq səsinə polislər gəlib...
Ölkə08:06 02.05.2023

66 saylı avtobusda dava - Qadınların qışqırıq səsinə polislər gəlib...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda, Neftçilər metrostansiyasının qarşısında 66 saylı sərnişin avtobusda dava düşüb. 
Qaynarinfo-nun məlumatına görə, dava Zamir (şərti) adlı şəxsin təsadüf nəticəsində tanımadığı Aqil (şərti) adlı yaşlı şəxsə toxunduğuna görə baş verib.
Zamir həmin gün 66 saylı sərnişin avtobusuna minərkən təsadüf nəticəsində tanımadığı bir şəxsə toxunub. Həmin şəxs ona iradını bildirib və onu niyə itələdiyini deyib. Bu zaman yaşlı şəxslə aralarında mübahisə olub. Bundan sonra Zamir avtobusun arxa oturacağında əyləşib və tərəflər bir-birlərini sözlə ittiham ediblər. 
Yaşlı şəxs Zamirlə mübahisə edərəkən "elə eləmə ki, sənə problem yaradım” ifadəsini işlədib. Zamir isə cavab olaraq deyib ki, onun nəvəsi yerindədir, gedib işi ilə məşğul olsun.  
Bu zaman təqsirləndirilən şəxs - 2001-ci il təvəllüdlü Ayxan Zamirə deyib ki, "tərbiyəsiz danışma, burada qadınlar əyləşib”. O da Ayxana "sən səsini kəs, sənlik bir iş yoxdur” deyib. 
Ayxan oturacaqdan duraraq ona yaxınlaşaraq qəflətən sifət və baş nahiyələrinə bir neçə dəfə zərbə endirib. O, zərbələrin təsirindən müvazinətini itirərək, oturacaqların üzərinə yıxılıb. Həmin an Ayxan Zamirin təpiklə sinəsinə bir neçə zərbə endirib. Hadisənin böyüdüyünü görən avtobusda sərnişin qismində əyləşən qadınlar qışqıraraq polisləri çağırıblar. 
Məhkəmənin qərarı ilə Ayxan Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzası təyin edilib.
Əhməd