Xəbər lenti

68 nəfər yoluxub, peyvənd vurulmayıb
Ölkə 16:37 18.07.2022

68 nəfər yoluxub, peyvənd vurulmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 794 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 032 nəfər müalicə olunaraq sağalıb, hazırda 901 aktiv xəstə var. Bu günə qədər 9 723 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 840, bu günə qədər isə ümumilikdə 7 004 415 test icra olunub.

Ötən sutkada koronavirus əleyhinə vaksin vurulmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 791 605, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 361 595, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 856 181, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 322 358, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 251 471 nəfər təşkil edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->