Xəbər lenti

7 bəxtəvər AccessBank-dan hədiyyə qazandı (R)
Ekonomiks08:53 01.08.2017

7 bəxtəvər AccessBank-dan hədiyyə qazandı (R)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bu yay üzünüzə güləcək” lotereyasının qalibləri müəyyən olundu

Bu gün AccessBank-ın Baş ofisində “Bu yay üzünüzə güləcək” lotereyasının 1-ci tirajının oynanılması baş tutdu. 1-ci tirajda Antalyaya 2 nəfərlik səyahət, 2 ədəd Apple iPhone 7 smartfonu və 4 ədəd Samsung Galaxy planşeti oynanıldı.  

Kənardan dəvət olunan şəxslərdən ibarət müstəqil komissiyanın müşahidəsi ilə keçirilən uduş fondunun oynanılmasında 40 000-ə yaxın bilet iştirak etdi. 1-ci tirajın yekununa görə 7 müştəri dəyərli hədiyyələri qazandılar. Qaliblərin müştəri kodları ilə Bankın saytından tanış olmaq mümkündür. 

Lotereyanın şərtlərinə görə müştərilər AccessBank-dan əldə etdikləri Mastercard ödəniş kartları ilə cəmi min. ekv. 20 AZN məbləğində nağdsız əməliyyat keçirməli idilər. Birinci turda 22 iyun – 20 iyul tarixləri ərzində nağdsız şəkildə ödənişlər edən müştərilər iştirak etdilər. Hər 20 AZN bir uduş şansı yaradırdı. 

1-ci tirajın qaliblərini təbrik edirik! Xatırladaq ki, 2-ci uduş fondunun oynanılması  30 avqust 2017-ci il tarixində keçiriləcək. Sizin də qalib olmağa şansınız var! Ödənişlərinizi AccessBank-ın Mastercard plastik kartları ilə edin ki, Siz də dəyərli hədiyyələrdən birini qazanasınız. 

Lotereyanın şərtləri haqqında ətraflı məlumatı Bankın rəsmi internet səhifəsindən,  facebook  və twitter səhifələrindən və yaxud 151 - Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.