Xəbər lenti

7 rayon qayıdır, Laçın dəhlizi ermənilərdə qalır, Naxçıvana yol açılır – İDDİA
Siyasət07:24 30.10.2014

7 rayon qayıdır, Laçın dəhlizi ermənilərdə qalır, Naxçıvana yol açılır – İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezidentlərin Paris görüşünün sensasiyalı təfərrüatları; Yelisey Sarayındakı Qarabağ sammitinin ilginc pərdəarxası bu yazıda; Bakının qəfildən gündəmə gətirdiyi Böyük Sülh Sazişi yönündə hazırlıqlara start verilib; Olland-Əliyev-Sərkisyan görüşündə Azərbaycan prezidenti ölkəsinin maksimum tələblərini irəli sürüb; vəziyyətdən Kreml başçısının da xəbəri var...

Parisdə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə prezidentlər səviyyəsində baş tutan Qarabağ sammitinin bəzi detalları haqda məlumat vermişik. Yelisey Sarayında iki və çoxtərəfli formatlarda aparılan gərgin müzakirələrin yekununda konkret sənəd, bəyannamə qəbul edilməsə də, siyasi təhlilçilər Paris görüşünün nəticəsiz başa çatdığı qənaətinə gəlməyə də tələsmirlər.

Diqqət çəkən detallardan biri prezidentlərin növbəti görüşünü gələn ilin sentyabrında, BMT Baş Məclisi sessiyası çərçivəsində keçirmək haqda razılıq əldə olunmasıdır. Bu, əlbəttə ki, kifayət qədər böyük zaman kəsiyidir və belə bir zaman kəsiyi Azərbaycan tərəfinin qəfildən (qəfildənmi? - S.Ş.) yada salıb ortaya atdığı Böyük Sülh Sazişi (BSS) üçün münaqişə tərəflərinə ayrılan vaxt mahiyyəti də daşıya bilər, eyni zamanda boşuna da xərclənə bilər.
Ancaq nəzərə alsaq ki, xarici mənbələrin də yazdığı kimi, sammitdəki atmosfer kifayət qədər “isti” olub (“Frans Press”), həmçinin, bu fonda prezident Olland tərəfləri “Minsk Qrupunun müəyyən elədiyi prinsiplər əsasında münaqişənin birdəfəlik həlli yönündə səyləri artırmağı, öz xalqlarını sülhə hazırlamaq üçün siyasi iradə nümayiş etdirməyi, BSS hazırlanmasına başlamağı təklif edib”, habelə amerikalı həmsədr Ceyms Uorlik Fransadakı danışıqları irəliyə doğru mühüm addım sayıb; o zaman vaxt itkisi ilə bağlı nəticə çıxarmaq üçün tələskənliyə dəymir.

Sonuncu qənaəti müstəqil ekspertlərin mülahizələri əhəmiyyətli ölçüdə möhkəmləndirir. Artıq xəbər verildiyi kimi, NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Parisdə bağlı qapılar arxasında Cənubi Qafqaz üçün yeni “Yol xəritəsi”nin  təklif edildiyini söyləyib. Onun fikrinə görə, belə bir plandan rus kəşfiyyatı məlumatlı olduğu üçün Ermənistanda Sərkisyanla bağlı mitinqlərə start verilib. 

Rusiyalı ekspert, Moskva Dövlət Universitetininİnformasiya-Analitik Mərkəzinin direktoru Andrey Petrov isə Qarabağdanışıqlarındakı Paris raundunu nizamlama tarixindəki ən örtülüdanışıqlar kimi qiymətləndirərək deyib ki, prosesin gedişi haqda heç birinformasiyanın olmaması yaxşı işarə də sayıla bilər: “Fikrimcə, ötənmüddətdə və prezidentlər səviyyəsində baş tutmuş iki əvvəlki görüşlərçərçivəsində tərəflərin predmetli danışıqlar aparması üçün aktual gündəmartıq formalaşıb. Bütün vasitəçilər, nəhayət, sinxron şəkildə probleminhərtərəfli həllinə kömək üçün hazır olduqlarını bildiriblər. Onlarınarasında hətta fəallıq uğrunda yarış başlayıb. Bu, o deməkdir ki, avqustayında özünü dünyaya qanlı şəkildə xatırladan Qarabağ münaqişəsibeynəlxalq birliyin diqqət mərkəzinə gəlib. Bu da o anlama gəlir ki, əsldialoq üçün bütün şərtlər mövcuddur və məsələ yalnız münaqişətərəflərinin iradəsinə bağlı qalıb”. 
Politoloqun sözlərinə görə, eyni gündə iki və çoxtərəfli görüşlərinkeçirilməsi əsasında qənaətə gəlmək olar ki, əvvəlki görüşlərdən fərqliolaraq nəhayət, müəyyən tərəqqi əldə edilib. “Sadəcə, hələlik bizimbunu bilməyimiz tezdir” - əlavə edib ekspert.
***
Amma deyəsən, bir elə tez də deyil. Mötəbərliyinə güvəndiyimizinformasiyalı qaynağımızdan bizə çatan bilgilərə görə, Paris sammitindəBSS ilə bağlı şifahi formada da olsa, prinsipial razılıq, hər halda,əldə olunub. Mənbəmiz görüş iştirakçılarının total susqunluğunuöncəliklə bununla əlaqələndirir. Yəni hesab edilir ki, vaxtından əvvəl,daha doğrusu, konkret və ortaq bir sənəd hazırlanmamış məsələni ictimaifikirdə açıb-ağartmaq, toplumlarda izafi qıcıq yaratmağa ehtiyac yoxdur.
Lakin iddia edilir ki, Qərb özünün müvafiq “beyin mərkəzləri” vəsahə mütəxəssisləri ilə ciddi şəkildə işin içindədir. Onların bir qismihətta Paris müzakirələrinə qatılıb. Prosesə, daha dəqiqi, BSS-ninqarşıdakı 8-9 ay ərzində nail olunması üçün yeni “Yol xəritəsi”nə startverildiyi söylənilir.
Qeyd edildiyi kimi, bundan rəsmi Moskva da xəbərdardır.Ermənistanda anti-Sərkisyan və rusiyayanlı müxalifətin qəflətənfəallaşması bunun mühüm əlamətlərindən sayılır. Lakin bilgilərə görə,Qərb Kremli də prosesə qoşmağa çalışır. Çünki BSS-ni nə ayrılıqda Qərb,nə də Rusiyanın reallaşdıra bilməyəcəyi haqda yəqinlik hasil olub. Ötəyandan, Qərb münaqişə tərəflərindən birinin - Ermənistanın Moskvadan tamasılı olduğunun fərqindədir.  
Kremli prosesə qoşulmaqda maraqlı edən isə üç ciddi faktor görünür: 
1. Cəbhə xəttindəki avqust olayları göstərdi ki, münaqişə zonasındamüharibə hər an qızışa bilər. Bu isə bir çox səbəblərdən Rusiyayasərfəli deyil (Səbəblər barədə, o sırada iqtisadi tərəfdaş Türkiyə iləmünasibətlərin korlanacağı haqda vaxtaşırı yazmışıq). 
2. Rusiya sanksiyaların təzyiqi altında ağır bir dönəm yaşamaqdadırvə getdikcə zəifləyir. O üzdən tələsir ki, Qərblə Qarabağ bazarlığınagedib vəziyyətdən müəyyən uduşla çıxsın, zira bilir ki, probleminhəllinə kömək eləməsə, bir gün konflikt onsuz da yoluna qoyula bilər. 
3. İstənilən sülh anlaşması ilkin mərhələdə Dağlıq Qarabağətrafındakı 3-5-7 rayonun boşaldılmasını nəzərdə tutduğundan (bu yerdəUorlikin 6 bəndlik təklifini də yada salın), Kreml Avrasiya layihələriilə bağlı, nəhayət, Bakının razılığını alacağına ümid edir. 
Sadalanan üç istiqamət üzrə Qərbin də maraqları xeyli üst-üstədüşür. Ən önəmlisi, onlar Rusiya ilə uzlaşdırıla bilər: iş ondadır ki,Qərb də yaydakı “mini-müharibə”dən özü üçün ciddi nəticə çıxarıb, çünkiregionda vazkeçilməz maraqları var. Deməli, rusiyalı politoloqunvurğuladığı kimi, iki güc mərkəzi sinxron şəkildə münaqişənin həllinəgirişə bilər. İndi bundan ötrü zəmin heç vaxt olmadığı qədər əlverişlitəsiri bağışlayır...
***
Münaqişə tərəflərinin mövqeyinə gəlincə, Ermənistanın plandan birelə razı olmadığı deyilir, ona görə ki, işğalçı kimi, ən əvvəl məhzondan real addım atmaq tələb edilir və ediləcək. Lakin İrəvan Kremlinmarioneti olduğundan, onu yola gətirmək üçün Kremlin bircə göz ağartmasıyetər.
Ermənistanın başqa bir rahatsızlığının isə Azərbaycanın yeni,sensasion sayılacaq şərti ilə əlaqəli olduğu deyilir. “Söhbət ondangedir ki, Bakı prinsip etibarilə BBS üzərində işə başlamağa etirazeləmir. Ancaq Olland-Əliyev-Sərkisyan görüşündə Azərbaycan maksimumtələblər irəli sürüb: ilkin mərhələdə 7 rayonun boşaldılması, Laçındəhlizinin saxlanması qarşılığında isə Mehridən Naxçıvana koridorun(!!!) açılması. Dağlıq Qarabağa isə rəsmi Bakı ənənəvi olaraq ən yüksəkstatus verməyə hazır olduğunu bəyan edib. Bakının bu şərtlərindənPutinin də xəbəri var...” - deyə, iddia edir mənbəmiz.
***
Ən son bilgilərə əsasən, müzakirələr məhz sadalanan kontekstdəstart götürə bilib. Fəqət, onun necə, hansı səmtdə inkişaf tapacağıhələlik məlum deyil. 
Proses haqda yeni detallar üzə çıxarsa, onu oxucularımızla mütləq bölüşəcəyik.   // musavat.com

Qaynar.info