Xəbər lenti

75 yaşlı aktrisa 74 yaşlı həmkarı ilə sevgilidir?
Maqazin10:33 27.08.2024

75 yaşlı aktrisa 74 yaşlı həmkarı ilə sevgilidir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Meril Stripin nümayəndəsi aktrisanın "Only Murders in the Building" serialındakı rol yoldaşı Martin Şortla yeni romantikasına dair şayiələrə münasibət bildirib. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Just Jared" məlumat verib.
Mənbə 75 yaşlı Meril Stripin 74 yaşlı Martin Şortla görüşməsi xəbəri təkzib edib. Aktrisanın nümayəndəsinin sözlərinə görə, onları yalnız dostluq bağlayır.
Qeyd edilir ki, Strip və Şort uzun illər ünsiyyətdə olsalar da, son vaxtlar daha da yaxınlaşıblar. Onların romantikası haqqında şayiələr ilk dəfə 2024-cü ilin əvvəlində mətbuatda çıxıb.
Bu yaxınlarda Strip və Şort Los-Ancelesdə serialın dördüncü mövsümünün premyerasından sonra məclisdə əl-ələ görüntüləniblər. Onlar birlikdə kameralar qarşısına keçiblər. Pərəstişkarları inanır ki, məşhurlar sevgili olduqlarını gizlədirlər.
Meril Strip 2023-cü ilin oktyabrında 45 il evli olduğu əri, heykəltəraş Don Qummerdən ayrılıb. Cütlüyün dörd övladı var - oğlu Henri Vulf müğənni-bəstəkar, qızları Mami Qummer, Qres Qummer və Luis Yakobson isə aktrisadır. Bundan əlavə, cütlüyün beş nəvəsi var. Aktrisa ilə heykəltəraşın ayrılmasının səbəbi açıqlanmayıb.
Aydın