Xəbər lenti

77 yaşlı qadın evində yanaraq öldü
Ölkə07:00 24.11.2016

77 yaşlı qadın evində yanaraq öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bərdədə 77 yaşlı qadın evində yanaraq ölüb.
Qaynarinfo.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəi 240 m² olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə, 6 otağın yanar konstruksiyaları və ev əşyaları 192 m² sahədə yanıb. 

Yanğının kəşfiyyatı zamanı 1939-cu il təvəllüdlü Şadlinskaya Sülhiyyə Bilman qızının cəsədi aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Qaynarinfo.Az