Xəbər lenti

"8 Noyabr” prospektində yeni svetoforlar quraşdırıldı
Ölkə17:22 29.09.2021

"8 Noyabr” prospektində yeni svetoforlar quraşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vətəndaş rahatlığı nəzərə alınaraq daha iki ünvanda piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. Belə ki, piyada təhlükəsizliyi və rahatlığının təmin edilməsinə hər zaman xüsusi həssaslıqla yanaşan Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən "8 Noyabr” prospektində 4 hərəkət zolağından ibarət yolda yerləşən mövcud nizamlanmayan eyni səviyyəli piyada keçidinin yeri optimallaşdırılıb və xüsusi düymə ilə idarə olunan yeni svetofor obyektləri quraşdırılıb.
Bu barədə Qaynarinfo-ya BNA-dan məlumat verilib.
Bununla yanaşı Mərdəkan qəsəbəsi, Sergey Yesenin və Almas İldırım küçələrinin kəsişməsində mövcud eyni səviyyəli piyada keçidlərinin yerləri optimallaşdırılıb və sözügedən eyni səviyyəli piyada keçidlərinin önündə panduslar inşa olunub.