Xəbər lenti

80 ton qızıl, 250 ton gümüş tapıldı - Azərbaycanda
Ekonomiks07:54 13.08.2014

80 ton qızıl, 250 ton gümüş tapıldı - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu və AMEA-nın rəyasət heyəti mərkəzi aparatının innovasiya şöbəsinin əməkdaşları Göygöl rayonunun Tülallar kəndi ərazisindəki qızıl yataqlarında olublar.

Qaynar.info-nun AzərTAc-a istinadla verdiyi xəbərə görə, akademiyadan bildiriblər ki, 80 ton qızıl, 250 ton gümüş ehtiyatı hesablanmış yataqlarda uğurlu tədqiqatlar aparılır.

Səfər zamanı yataqlarda istismar işlərinin gedişi ilə tanışlıq olub, müvafiq məsələlər müzakirə edilib.

Qaynar.info