Xəbər lenti

Ağ Ev “DQR”-ə maliyyə yardımına aydınlıq gətirdi
Siyasət09:22 11.07.2015

Ağ Ev “DQR”-ə maliyyə yardımına aydınlıq gətirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“ABŞ özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran qurumu tanımır. Senatın qərarına gəlincə isə qeyd etmək istərdik ki, ABŞ Qarabağda yaşayan insanlara 1998-ci ildən başlayaraq humanitar yardımlar ayırıb, lakin bura tanınmamış separatçı rejimə yardım daxil deyil”.
Bunu virtualaz.org saytına ABŞ Senatının Maliyyə Komitəsinin Dağlıq Qarabağa maliyyə yardımı göstərilməsinə dair qərarını şərh edərkən ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.
“ABŞ hökuməti Dağlıq Qarabağda humanitar layihələrin həyata keçirilməsinə - ərazilərin minalardan təmizlənməsinə, məktəblərin təmirinə, səhiyyə və kənd təsərrüfatı sahələrinə, insanların mənzillə təmin olunmasına - 2002-ci ildən etibarən hər il 2 milyon dollar ayırır” - deyə səfirlikdən bildiriblər.
Səfirlikdən qeyd ediblər ki, sonuncu maliyyə yardımı da istisnasız olaraq ərazilərin minalardan təmizlənməsi layihəsinə yönəlib və bu yardım bilavasitə həmin layihəni gerçəkləşdirən təşkilatlara təqdim edilib.
“Bu da çox vacibdir ki, ABŞ-ın humanitar yardımları Azərbaycandakı həssas qrupların, xüsusilə də Qarabağ münaqişəsi nəticəsində öz doğma evlərindən və yurd-yuvalarından didərgin düşmüş çoxsaylı qaçqınların məhrum olan ehtiyacının ödənilməsinə də yönəldilib.
ABŞ 1992-ci ildən etibarən azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə 115 milyon dollar yardım ayırıb. Bütövlükdə isə ABŞ 1992-ci ildən etibarən Azərbaycana dəstək və humanitar yardım qismində 1,3 milyard dollar maliyyə vəsaiti ayırıb” - deyə səfirlikdən bildirilib.
Qaynar.info