Xəbər lenti

Ağadadaş Ağayev müalicə üçün yenidən Türkiyəyə getdi
Sənət15:29 11.09.2021

Ağadadaş Ağayev müalicə üçün yenidən Türkiyəyə getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Ağadadaş Ağayev yenidən müayinə üçün İstanbula gedib.
Qaynarinfo xəbər verir ki, bu barədə xalq artistinin özü sosial şəbəkədə məlumat yayıb.
"İstanbuldan salamlar olsun, mənim əzizlərim. Yoxlamalar üçün gəldim və müayinələrdən keçdim. Nəticələr bir həftə sonra deyiləcək. Hər zamankı kimi dualarınıza çox ehtiyacım var. Sizə və sevdiklərinizə sağlam, uzun ömr arzulayıram!"
Xatırladaq ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Ağadadaş Ağayev bir neçə ay öncə Türkiyədə 3-cü dəfə əməliyyat olunmuşdu.