Xəbər lenti

ABŞ Braziliya və CAR-da insan alverinə nəzarət edəcək
Dünya 14:33 30.09.2025

ABŞ Braziliya və CAR-da insan alverinə nəzarət edəcək

ABŞ Dövlət Departamenti Braziliya və Cənubi Afrikanın insan alveri ilə mübarizədə kifayət qədər irəliləyiş əldə etmədikləri əsas gətirilərək bu ölkələri "izləmə siyahısına" daxil edib.

Qaynarinfo xəbər verir ki, departament tərəfindən açıqlanan və məcburi əmək, cinsi istismar, eləcə də müasir köləliyin digər formalarına qarşı səyləri qiymətləndirən illik İnsan Alveri Hesabatında (TIP) Braziliya və Cənubi Afrika 2-ci dərəcəli izləmə siyahısına əlavə olunub.

Hesabatda hər iki ölkənin "əhəmiyyətli səylər” göstərdiyi qəbul edilsə də, nəticələrin yetərsiz qaldığı vurğulanıb. Braziliyada insan alveri ilə bağlı istintaq, məhkəmə işi və məhkumluq sayının azaldığı, Cənubi Afrikada isə əvvəlki illərlə müqayisədə daha az qurbanın müəyyən edildiyi və daha az işin açıldığı qeyd olunub.

2-ci dərəcəli izləmə siyahısına daxil edilmə bu ölkələrin insan alveri ilə mübarizədə əlavə tədbirlər görmədikləri halda ABŞ-ın mümkün sanksiyaları ilə üzləşə biləcəkləri anlamına gəlir.

Qərarın Donald Tramp administrasiyası ilə adıçəkilən ölkələr arasında gərginliyin artdığı bir dövrə təsadüf etdiyi bildirilir. Tramp, Cənubi Afrikanı ağ azlığa zülm etməkdə ittiham etmiş, Braziliya isə sabiq dövlət başçısı Jair Bolsonaronun mühakimə olunub məhkum edilməsindən sonra tariflər və məhdudiyyətlərlə üzləşmişdi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->