Xəbər lenti

ABŞ Ermənistana hərbi yardım edəcək? - Ekspert
Siyasət07:54 05.09.2022

ABŞ Ermənistana hərbi yardım edəcək? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın müdafiə naziri Suren Papikyan sentyabrın 5-də ABŞ-a işgüzar səfərə gedib. Lakin səfərin məqsəd və proqramı barədə informasiya verilmir.
Səfərin hansı məqsəd daşıdığını Qaynarinfo-ya açıqlamasında dəyərləndirən hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, ABŞ bütün vasitələrdən istifadə edərək Ermənistanı Rusiyanın orbitindən çıxarmağa çalışır:
"Bu səfər işçi səfərdir. Amerika çalışacaq ki, Ermənistanın müdafiə nazirilə ATƏT-in Minsk qrupunun fəaliyyətinin dirçəldilməsilə bağlı müəyyən məsləhətləşmələr aparsın. ABŞ-ın Minsk qrupuna təyin etdiyi həmsədrə Azərbaycanın qəzəbli reaksiyası Vaşinqtonun xoşuna gəlməyib. Bu məsələdə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya getməsəydi, yəqin ki, o da Vaşinqtona dəvət olunacaqdı. Ola bilsin yaxın zamanda Mirzoyan da Amerikaya dəvət olunsun. 
Papikyanla Ermənisitan ordusunun yenidən qurulmasına yardım, tibbi avadanlıq, hərbi təhsil üçün lazım olan materialları vermək barədə razılığa gələ bilərlər. Rusiya təkidlə Ermənistan ərazisində olan ABŞ laboratoriyalarının bağlanmasını tələb edir. Yəqin ki, səfər fonunda Papikyandan buna razılıq verməməyi də tələb edəcəklər. ABŞ-ın məqsədi odur ki, Ermənisitanı Rusiyanın orbitindən uzaqlaşdırsın. Papikyanın səfəri çərçivəsində bu istiqamətdə də müəyyən müzakirələrin aparılıcağı istisna deyil”.
Rüfət Sultan