Siyasət 22:21 14.11.2022

ABŞ Ermənistanda yerləşən Rusiya şirkətinə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli hüquqi və fiziki şəxslərə sanksiya tətbiq edib.

APA xəbər verir ki, onlar Rusiyanın hərbi sənayesinə yardım etməkdə ittiham olunur.

Ümumilikdə, sanksiyalar 14 fiziki şəxs v 28 qurumu əhatə edir.

Onların arasında Ermənistanda yerləşən şirkət də var.

"Milandr”ın Ermənistanda yerləşən filialı "Milur Electronics” MMC mikroçiplər istehsal etmək və xaricə satışlar həyata keçirmək məqsədi ilə yaradılmışdır.

"Birləşmiş Ştatlar Kremlin hərbi təchizat zəncirlərini ifşa etməyə və pozmağa davam edəcək. Rusiya Ukraynaya qarşı qeyri-qanuni müharibə aparmaq üçün lazım olan avadanlıq və texnologiyadan imtina etməlidir”, - deyə Maliyyə Naziri Canet Yellen bildirib.