Xəbər lenti

ABŞ Gürcüstanı hədələdi:
Dünya 09:54 03.10.2024

ABŞ Gürcüstanı hədələdi: "Seçki ədalətli keçməzsə..."

"Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası vətəndaş cəmiyyətini sarsıtmağa davam edərsə, seçkilər azad və ədalətli keçirilməzsə, ABŞ demokratik normaları pozanlara qarşı tədbirlər görməyə davam edəcək".

Qaynarinfo xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter deyib.

ABŞ rəsmisi əlavə edib ki, belə olarsa, o zaman ölkə yaxın gələcəkdə Avropa İttifaqına və NATO-ya üzv olmayacaq. 

"Biz viza siyasətimiz və demokratik normaları pozanlara qarşı tətbiq edilən qlobal Maqnitski sanksiyaları ilə bağlı əlimizdə olan tədbirləri görməyə davam edəcəyik", deyə rəsmi bildirib. 

Ağ Evin yüksək rütbəli məmuru qeyd edib ki, "Gürcü Arzusu" hökuməti Gürcüstanı Avropaya inteqrasiyadan 180 dərəcə uzaqlaşdırıb. Karpenter bunu Varşava Təhlükəsizlik Forumunda Vahid Milli Hərəkat liderlərindən biri (Mixeil Saakaşvilinin partiyası) Xatia Dekanoidzenin Bidzina İvanişvilinin hakimiyyəti və qarşıdan gələn parlament seçkiləri ilə bağlı sualını cavablandırarkən deyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->