"Avropa Birliyi ilə yeni starteji əməkdaşlıq sazişi üzərində də işlər aparılır. Bu anlaşmadan sonra tərəflər arasındakı əlaqələrin daha da genişlənəcəyi gözlənilir”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov dekabrın 15-də Brüssel şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı Proqramının 6-cı Sammitindən danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin də iştirak edəcəyi sammitdə proqrama üzv olan ölkələrin dövlət rəhbərlərinin qatılacağı gözlənilir:
"Keçmiş SSRİ-nin 6 ölkəsini birləşdirən proqram 4 istiqamət üzrə Avropa Birliyi ilə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Azərbaycanın İkinci Qarabağ savaşındakı Zəfərinin ardınca formalaşan yeni düzəndən sonra təşkil edilən bu sammitdə regional əməkdaşlıq, o cümlədən kommunikasiyaların bərpasının da müzakirə ediləcəyi gözlənilir”.
Deputat bildirib ki, Azərbaycanın əsas ticarət tərəfdaşı olan Avropa Birliyi ilə əlaqələrin inkişafı hər zaman prioritet istiqamətlərdəndir:
"Digər tərəfdən, Azərbaycan Avropa Birliyinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Birliyin region ilə ticarət dövriyyəsinin 70 faizindən çoxu ölkəmizin payına düşür”.
Bahar Rüstəmli