Xəbər lenti

ABŞ-ın Azərbaycandakı səfiri: “Putin başa düşməlidir ki..."
Siyasət06:58 09.06.2022

ABŞ-ın Azərbaycandakı səfiri: “Putin başa düşməlidir ki..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə verdiyi töhfəni yüksək qiymətləndiririk”.
"Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə bildirib.
Səfir deyib ki, ABŞ hər zaman Ukraynanı dəstəkləyir və hamını Rusiyanın təcavüzünə göz yummamağa çağırır.
Ö.Litzenberger vurğulayıb ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar onun iqtisadiyyatına zərbə vurmalıdır: "Putin başa düşməlidir ki, Rusiya İranın vəziyyətinə düşə bilər”.
Onun sözlərinə görə, Rusiya qoşunlarının Ukraynadakı törətdikləri region ölkələri üçün ciddi çağırışdır.